• Bakı 23° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Polşa Qərb silahlarından istifadəyə icazə verməyə çağırdı

DÜNYA

23 Iyul 2024 | 10:20

Polşa Qərb silahlarından istifadəyə icazə verməyə çağırdı

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərini Ukraynanın Rusiya ərazisində Qərb silahlarından istifadə etməsinə icazə verməyə çağırıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, o, dövlətlərdən Kiyevə uzaqmənzilli silahlardan yalnız qanuni özünümüdafiə üçün istifadə etmək hüququ verən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Bildirib ki, Ukrayna uzaqmənzilli silahlar sayəsində düşmən ərazisində qanadlı raketlər atan qırıcıları məhv etməklə və onların havaya qalxdığı aerodromlara hücum etməklə Rusiyanın zərbələrinin qarşısını ala biləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 Iyul 2025