• Bakı C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Portuqaliya Prezidenti parlamenti buraxdı: Seçkilərin tarixini təyin etdi

DÜNYA

20 Mart 2025 | 11:53

Portuqaliya Prezidenti parlamenti buraxdı: Seçkilərin tarixini təyin etdi

Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqan) buraxılması haqqında fərman imzalayıb.

Bu barədə Bakıvaxtı.az TASS-a istinadən xəbər verir.

“Prezident Assambleyanın buraxılması və qanunverici orqanlara seçkilərin mayın 18-nə təyin edilməsi haqqında fərman imzalayıb”, - sənəddə deyilir.

Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.

Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.


SON XƏBƏRLƏR

24 Mart 2025