• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Potensial cinayətkar uşaqların xüsusi siyahısı hazırlanmalıdır - Deputat

SİYASƏT

10 Fevral 2026 | 13:38

Potensial cinayətkar uşaqların xüsusi siyahısı hazırlanmalıdır - Deputat

"Məktəblərdə uşaqlara keyfiyyətli yemək verilməsi vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında ölkədə uşaqların təhlükəsizliyi və sosial təminatı ilə bağlı məsələlərə diqqət çəkərdən deyib.

Onun sözlərinə görə, uşaqların qidalanması problemləri onların sağlamlığına və inkişafına mənfi təsir göstərir.

Həsənquliyev qeyd edib ki, bəzi valideynlər uşaqların qidalanması üçün nəzərdə tutulan vəsaiti repititor xidmətlərinə yönəldir, bu isə uşaqların düzgün qidalanmasını əngəlləyir. Məktəblərin ətrafındakı köşklərdə isə siqaret və içkilər satılır, lakin müvafiq qurumlar bu hallar üzərində nəzarəti gücləndirmir.

Deputat “İdrak” liseyindəki bir hadisəni misal gətirərək bildirib: 

“Uşağın zorakılığa meylli olduğu barədə ailəsinə məlumat verilib, amma hüquq-mühafizə orqanlarına xəbər çatdırılmayıb. Belə uşaqların gələcəkdə potensial cinayətkarlıq riski var. Polis bu tip uşaqların xüsusi siyahısını hazırlamalıdır ki, tədbirlər vaxtında görülə bilsin".

Əli Hüseynov


SON XƏBƏRLƏR