Rusiyada mütəxəssislər qəzaya uğramış "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qara qutusunu götürüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sledkomu məlumat yayıb.
Eyni zamanda, ruslar ölənlərin cəsədlərinin tanınması üçün molekulyar-genetik müayinələr aparırlar: "İlkin istintaq hərəkətləri zamanı qəza yerində 10 nəfərin meyiti tapılıb. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik ekspertiza aparılır".
















