• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tehranda teraktın qarşısı alındı

DÜNYA

24 Sentyabr 2023 | 19:45 | Müəllif: Subhan Mahmudov

Tehranda teraktın qarşısı alındı

SEPAH-ın kəşfiyyat xidmətləri Tehranda terror aktlarının qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

"Xüsusi xidmətlər Tehranda əhalinin sıx məskunlaşdığı ərazilərdə terror partlayışı təşkil etmək istəyən 30 aktı aşkarlayıb və zərərsizləşdirib , - məlumatda deyilir.

Qeyd olunur ki, kəşfiyyatçılar üç əyalətdə - Əlburz, Qərbi Azərbaycan və Tehranda 28 şübhəlini saxlayıb:

"Onların hamısı İŞİD terror qruplaşması ilə əlaqəlidir. Həbslər zamanı cinayətkarların üzərində çoxlu sayda partlayıcı qurğu, o cümlədən saatlı bomba aşkar edilib. Bundan başqa, terrorçuların əllərində 17 silah, döyüş sursatı və peyk rabitə vasitələri olub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026