• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tramp immiqrantlara səsləndi: Sizi ölkəmizdə istəmirik

DÜNYA

24 Oktyabr 2023 | 15:31

Tramp immiqrantlara səsləndi: Sizi ölkəmizdə istəmirik

 “2024-cü il prezident seçkilərində yenidən seçiləcəyim təqdirdə səyahət qadağalarını tətbiq edəcəm”.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp seçki kampaniyası üçün getdiyi Nyu-Hempşirdə etdiyi çıxışda bütün mühacirlərə qarşı güclü ideoloji yoxlama aparacağağını vurğulayıb.

ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə milyonlarla qeyri-qanuni immiqrantın ABŞ-a daxil olduğunu iddia edən Donald Tramp bu mühacirləri deportasiya etmək planını da açıqlayıb: “Əgər Amerikaya nifrət edir, İsraili məhv etmək istəyir, bir çoxlarının bəyənmədiyi dinimizi bəyənmir və cihadçılara rəğbət bəsləyirsinizsə, o zaman biz sizi ölkəmizdə istəmirik”.

Baydeni “bacarıqsızlıqda” günahlandıran Tramp İsrail və Fələstin arasındakı münaqişələrə işarə edərək Yaxın Şərqdəki hazırkı qarışıqlığa görə Baydenin məsuliyyət daşıdığını deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026