• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

KAAN-ın ilk uçuşunun tarixi açıqlandı

DÜNYA

23 Noyabr 2023 | 14:53 | Müəllif: Subhan Mahmudov

KAAN-ın ilk uçuşunun tarixi açıqlandı

KAAN milli döyüş təyyarəsinin ilk uçuşunun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, yerli mühərrik 2028-ci ildə hazır olacaq və KAAN-ın 2032-ci ildən etibarən inventara daxil olacağı gözlənilir.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dən alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli döyüş təyyarəsinə KAAN adını verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026