• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərini TikTok-da izlədiyi videolara görə boşayır

DÜNYA

23 Dekabr 2023 | 12:36 | Müəllif: Subhan Mahmudov

Ərini TikTok-da izlədiyi videolara görə boşayır

37 yaşlı qadın TikTok sosial şəbəkəsini 12 illik evliliyini pozmaqda ittiham edib.

Bakıvaxtı.az bildirir ki, qadın ərinin qondarma "ənənəvi həyat yoldaşı" haqqında videolara baxmağa başlayana qədər tamamilə xoşbəxt olduqlarını deyib.

Əri birdən-birə yemək bişirmək, təmizlik, uşaq böyütmək və Müqəddəs Kitab oxumaq kimi ənənəvi ailə dəyərləri və ev işlərinə öz karyeralarını qurban verən qadınları əks etdirən videolara baxmağa başlayıb.

"Tradwife" həştəqi ilə olan bu videolar 296,5 milyon baxış toplayıb.

Qadın iddia edib ki, bu ilin əvvəlindən əri belə videolara baxmağa başlayıb və o vaxtdan bəri çox dəyişib.

"İkimiz işləyirik, birlikdə ev işləri görür, uşaq böyüdürük. Heç vaxt şikayət etmirdi. Amma mart ayından qəribə davranmağa başladı. Görünüşümdən, hazırladığım yeməklərdən narazı idi. Şikayət edir ki, onunla kifayət qədər vaxt keçirmirəm".

Ər ona karyerasını dayandırmağı və bütün vaxtını evdə qızları ilə keçirməyi təklif edib. Ancaq qadın razılaşmayıb. Bu, uzunmüddətli evliliklərinin bitməsinin başlanğıcı olub.

Daha sonra qadın sevgilisinin başqası ilə danışdığını eşidib.

"O, heç utanmadı da və tövbə də etmədi. Daha yaxşısına layiq olduğunu dedi"-deyən qadın, əlavə edir ki, bundan sonra nəhayət boşanmaq qərarına gəlib./sfera.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026