• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İndoneziyada avtobus aşıb - 2 nəfər ölüb, 16 nəfər yaralanıb

DÜNYA

22 Yanvar 2024 | 00:24 | Müəllif: Subhan Mahmudov

İndoneziyada avtobus aşıb - 2 nəfər ölüb, 16 nəfər yaralanıb

İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin “Sinhua” agentliyi məlumat yayıb.

Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.

Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.

Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026