• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Bayden ABŞ-ni alt-üst etdi" - Prezidentliyə namizəd

DÜNYA

21 Fevral 2024 | 00:07 | Müəllif: Subhan Mahmudov

"Bayden ABŞ-ni alt-üst etdi" - Prezidentliyə namizəd

ABŞ hazırkı Amerika prezidenti Co Baydenin hərəkətləri ilə alt-üst olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürmək istəyən ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli deyib.

"Co Bayden ölkəmizi alt-üst etdi. Milyonlarla miqrantın hətta qarşısı alınmadan sərhədimizi qeyri-qanuni keçməsi normal deyil. Məktəblərin oxu və riyaziyyatdan daha çox cinsiyyət məsələlərinə diqqət yetirməsi normal deyil. Qiymətlərin artması və cinayət - bu normal deyil. Avropa və Yaxın Şərqdə müharibələr normal deyil və bütün bunlara görə Co Bayden cavabdehdir”, - deyə o, Cənubi Karolina ştatının Qrinvil şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR