• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ən qədim vurma cədvəli tapıldı

DÜNYA

23 Dekabr 2023 | 13:17 | Müəllif: Subhan Mahmudov

Ən qədim vurma cədvəli tapıldı

Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin ərazisində aparılan qazıntılar zamanı məzarların birində bambuk lövhə üzərinə həkk olunmuş ən qədim vurma cədvəli tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, eramızdan əvvəl IV əsrə aid vurma cədvəli Hunan əyalətində (Mərkəzi Çin) aşkar edilən digər oxşar fraqmentdən təxminən bir əsr qədimdir.

Qəbirdə, həmçinin 30 mindən çox heroqlifdən ibarət və riyaziyyat, ədəbiyyat, heyvandarlıq, tibb və əczaçılıq da daxil olmaqla müxtəlif sahələri əhatə edən mətnlərin həkk olunduğu minlərlə bambuk lövhə də aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026