• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda standartlara cavab verən ali məktəb yoxdu - Paşinyan

DÜNYA

23 Noyabr 2023 | 14:33

Ermənistanda standartlara cavab verən ali məktəb yoxdu - Paşinyan

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu, o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır”, - o bildirib.

Baş nazirin sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.

N.Paşinyan əlavə edib ki, yalnız bir neçə ali məktəb əcnəbi tələbələri cəlb edir./Ermənistan KİV


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR