Cənubi Amerika ölkəsi Peruda qızıl mədənində baş verən çökmə nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, San-Antonio de Putina əyalətinin La Rinkonada şəhərində qızıl mədənində çökmə baş verib. Hadisə zamanı 7 mədənçi həyatını itirib.
Bölgədə axtarış-xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.
Dövlət Prokurorluğu partlayışla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Yerli mətbuatın məlumatına görə, qızıl mədəninin qanunsuz olduğu üzə çıxıb.
Qeyd edək ki,2023-cü ildə Peruda baş verən mədən qəzalarında çoxlu insan həlak olub.
Ay Tac
















