Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda baş verən dəhşətli yol qəzasında 38 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, Muşdan İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusu, Kayseri ilə Malatyanı birləşdirən magistralın 91-ci kilometrində güclü yağışın yaratdığı sürüşkənlik zəmində idarəetmədən çıxaraq aşıb.
Məlumata görə, qəzada avtobusda olan 41 sərnişindən 38-nin yaralandığı, onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə təcili yardım, polis, jandarm, xilasetmə qrupları bölgəyə yönəldilib. Yaralılar rayon xəstəxanalarına çatdırılıb və onlara tibbi yardım göstərilib.
















