• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prokurorluq Sumqayıtda qadının öldürülməsi ilə bağlı məlumat yaydı

HADİSƏ

19 Fevral 2023 | 21:26 | Müəllif: Subhan Mahmudov

Prokurorluq Sumqayıtda qadının öldürülməsi ilə bağlı məlumat yaydı

Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026