• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Lənkəranda iki avtomobil toqquşdu: 4 nəfər yaralandı

HADİSƏ

21 Mart 2023 | 01:11

Lənkəranda iki avtomobil toqquşdu: 4 nəfər yaralandı

Lənkəranda avtomobillər toqquşub, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri - 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır/report.az


SON XƏBƏRLƏR

19 Aprel 2024