• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Avtomobil ağaca çırpıldı - Ölən və yaralananlar var

HADİSƏ

20 Mart 2023 | 14:25

Avtomobil ağaca çırpıldı - Ölən və yaralananlar var

Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR