• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bayram günündə 2 nəfər yol qəzalarının qurbanı oldu

HADİSƏ

21 Mart 2023 | 10:25

Bayram günündə 2 nəfər yol qəzalarının qurbanı oldu

Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR