Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Elçin İmanov küçəsində qeydə alınıb.
Belə ki, “Prado” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.
Hadisə zamanı Bakı şəhər sakinləri 1952-ci il təvəllüdlü Abbasova Sarə Mirtalib qızı və 1975-ci il təvəllüdlü Abbasov İlham Ağamirzə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


jpg-1681967010.jpg)








jpg-1684482997.webp)




