Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Putin Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sahibə Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərinə görə, “Dostluq” ordeni ilə təltif olunub.