• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Yeni dünya nizamına doğru: Prezidentin çıxışları öz hədəfinə dəydi

SİYASƏT

09 Aprel 2025 | 17:24

Yeni dünya nizamına doğru: Prezidentin çıxışları öz hədəfinə dəydi

"Cənab Prezidentin çıxışları həmişə olduğu kimi, öz hədəfinə dəydi".

Bu sözləri politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.

O, ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun mümkün təsirlərini şərh edib.

Politoloqun sözlərinə görə, "Yeni dünya nizamına doğru" beynəlxalq forumu Azərbaycanın bu dövrə baxışının anlaşılması baxımından önəmli tədbirdir:

"Forumda Azərbaycan prezidentinin fikirləri bir çox məqamlara aydınlıq gətirməklə yanaşı, gələcək addımlar üçün müəyyən fikirlər formalaşdırdı. Forum iştirakçılarının müxtəlifliyi baxımından verilən suallar və alınan cavablar da dünya ictimaiyyətinin önəmli dairələrinin aldığı mesajlar baxımından da əhəmiyyətli oldu”.

Müsahibimiz qeyd edib ki, həm regional, həm də beynəlxalq məsələlərin, layihələrin həlli baxımından irəli sürülən fikirlər Azərbaycanın rolunun önəmini artırır. Prezidentin İranla və Türkiyə-İsrail münasibətləri barəsində dedikləri bir sıra gizli məsələlərə işıq salmaqla yanaşı, eyni zamanda Azərbaycanın gözləntilərinin istiqamətini də göstərdi.

Azər Qasımov, politoloq

A.Qasımovun fikrincə, ölkə başçısının Türkiyə və İsrail arasındakı birinci dəfə baş verən gərginliyin aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər əslində Azərbaycanın siyasi iradəsinin göstəricisi idi. Bu dəfə də eyni uğurun əldə edilməsi gözləniləndir.

"Həmçinin İran qarşısında qoyulan şərtlər də bəllidir. Azərbaycan prezidenti səfirliyə hücum edən şəxs barədə ölüm hökmünün icra edilməsini gözlədiyimizi bəyan etdi, eyni zamanda, onun arxasında dayananların da ifşa edilməsinin şərt olduğunu bildirdi. Hesab edirəm ki, prezidentin bu kimi çıxışları həmişə olduğu kimi, öz hədəfinə dəyib. Prezidentin çıxışı Azərbaycan dövlətinin yeni dünya düzəni qurulması mərhələsində prioritetlərinin nədən ibarət olduğunu dünyaya göstərib", - deyə Azər Qasımov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Aprel 2025