• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Arvadını öldürdü, özü intihar etdi: Ailədaxil cinayətlər niyə artır?

CƏMİYYƏT

17 Aprel 2025 | 16:31

Arvadını öldürdü, özü intihar etdi: Ailədaxil cinayətlər niyə artır?

Dünən Yasamal rayonunda ər arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Təəssüflər olsun ki, bu cür hallarla zaman-zaman rastlaşırıq. Bəs ailədaxil cinayətlərin kökündə nə dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-psixoloq Vəfa Rəşidova bildirib ki, ilk növbədə hər şey kişi və qadının bir-birinə olan qarşılıqlı hörmətindən başlayır.

"Hörmət və sayğı artıq unudulmuş bir anlayışdır. Hər şey hörmətsizlikdən başlayır. Bir kişinin qadına qarşı şiddətinin altında onu cılız görməsi, maddi baxımdan aşağı hesab etməsi və s. kimi amillər rol oynayır".

Onun sözlərinə görə, etdiyi işin arxasında dura bilməyənlər hər zaman qaçır:

"Kiminsə törətdiyi cinayətdən sonra intihar etməsi, təbii ki, qorxaqlığın əlamətidir. Etdiyi əməlin sonrasını düşünmür, ani qəzəblə hərəkət edir və peşman olur".

Psixoloq qeyd edib ki, birini öldürmək hissi heyvani bir hissdir:

“Məsələn, biz meşəyə gedirik və qarşımıza bir ayı çıxır. Ayı heyvani hissi ilə bizi parçalayaraq məhv edir. Demək ki, kimisə öldürməyə cəhd edən insanlarda da heyvani hisslər olur".

Vəfa Rəşidova: Bəzən qadınlar çarəsizlikdən, maddi-mənəvi dəstəklərinin olmamasından susurlar

V.Rəşidovanın sözlərinə görə, ailə daxilində zorakılığa tez-tez rast gəlirik:

“Bəzən qadınlar çarəsizlikdən, maddi-mənəvi dəstəklərinin olmamasından susurlar. Susmaları isə sonda ölümlə nəticələnir. Əgər bir dəfə o şiddətə məruz qalmısansa, deməli, davamı da gələcək".

O vurğulayıb ki, ailələr psixoloqlara müraciət etməlidirlər:

"Cəmiyyətimizdə psixoloqa müraciət etmək hələ də bəzən 'ayıb', 'zəiflik' və ya 'psixi problem' kimi qəbul olunur. Halbuki inkişaf etmiş ölkələrdə ailə üzvlərinin psixoloqla mütəmadi işləməsi, qarşılıqlı anlaşmanın və münasibətlərin daha sağlam şəkildə formalaşması üçün vacib addım sayılır. Ailə daxilində baş verən anlaşılmazlıqlar, stres, valideyn-övlad münasibətlərindəki gərginliklər və digər emosional yüklər zamanla bu cür hadisələrə səbəb ola bilər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025