• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanın qızıl ehtiyatları 165 tonu ötüb

İQTİSADİYYAT

17 Aprel 2025 | 16:04

Azərbaycanın qızıl ehtiyatları 165 tonu ötüb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Bakıvaxtı.az ARDNF-ə istinadən xəbər verir ki, 2025-ci ilin ilk rübündə Fondun investisiya portfelinin 16 milyard 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib.

Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 3 milyard 779,8 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda Fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.

    Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 18,7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna Fondun qızıl ehtiyatı 146,6 ton təşkil etdiyi halda bu il aprelin 1-nə bu rəqəm 165,3 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ilin əvvəlindən indiyə kimi 63,5 ton qızıl alıb.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025