• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

İQTİSADİYYAT

17 Aprel 2025 | 16:46

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. 

Bakıvaxtı.az xəbər verir ki, sənəd bu il yanvarın 16-da Bakıda imzalanıb. 

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir. 


SON XƏBƏRLƏR

18 Aprel 2025