Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, qanuna əsasən, ölkədə hökumətin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur.
Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq. X
arici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.
Rəsmilər bu addımın dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumağa yönəldiyini bildirirlər.