• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan-Ermənistan sülh danışıqları: Vasitəçilərə ehtiyac varmı? 

SİYASƏT

17 Aprel 2025 | 15:17

Azərbaycan-Ermənistan sülh danışıqları: Vasitəçilərə ehtiyac varmı? 

“Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O, açıqlamasında qeyd edib ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib:

“Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub".

Mirzoyanın bu fikirlərini bir mesaj kimi qəbul etmək olarmı? Sülh sazişi vasitəçilərin iştirakı olmadan bağlana bilərmi?

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" fikiri gerçəklikləri ifadə edir. Müsahibimiz bildirib ki, vasitəçilər ədalət məhkəməsinin hakimləri deyil, bölgədə çox ciddi maraqları olan güc mərkəzləri olduğu üçün, ilk növbədə, öz maraq və mənafelərini təmin etməyə çalışırlar. Politoloqa görə, bu isə bütün hallarda danışıqlar prosesinə mənfi təsir edir.

Xəqani Cəfərli: Sülh müqaviləsinin Trampın vasitəçiliyi ilə imzalanma ehtimalı indi daha yüksəkdir

X.Cəfərli qeyd edib ki, ancaq bu gerçəklikləri dəyişmək də çətindir. Buna görə vasitəçi(lər) olmadan sülh müqaviləsinin imzalanmasını mümkün hesab etmirəm".

Politoloqun fikrincə, sülh müqaviləsinin ABŞ-nin (Tramp) vasitəçiliyi ilə imzalanma ehtimalı indi daha yüksəkdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025