Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:
“Möhtərəm cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram”.