• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

SİYASƏT

09 Aprel 2025 | 16:55

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Bakıvaxtı.az bu barədə Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir.

“Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.


SON XƏBƏRLƏR

17 Aprel 2025