• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı

İDMAN

25 Avqust 2025 | 23:28

“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı

 “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirir.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq idmanxeber.az saytı Ağdam təmsilçisinin kolumbiyalı sol vinger Kamilo Duranla anlaşdığını yazıb. 23 yaşlı futbolçu tezliklə Bakıya gələcək. Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

QOL.az-ın əldə etdiyi xəbərə görə isə Kamilo Duran mərkəz hücumçusu kimi də oynaya bilir. Amma eyni zamanda sağ və sol vinger kimi də çıxış edə bilir. O, elə avrokubokun Liqa mərhələsində (Çempionlar Liqası və ya Avropa Liqası) komandanın hücum xəttinin oyunçusu olacaq. Kamilo Duranın sabah Bakıya gəlib tibbi baxışdan keçəcəyi gözlənilir.

Onun konkret hansı mövqedə oynayacağına baş məşqçi Q.Qurbanov qərar verəcək.


SON XƏBƏRLƏR

25 Avqust 2025