• Bakı 14° C

    1.25 m/s

“Qarabağ”-ın  UEFA-nın klub reytinqindəki yeri  AÇIQLANDI

İDMAN

14 Oktyabr 2022 | 15:36

“Qarabağ”-ın UEFA-nın klub reytinqindəki yeri AÇIQLANDI

Avrokubokların qrup mərhələsində IV tur başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu “100-lük”dəki yeganə klubumuzdur.

Avropa Liqasının “Olimpiakos”la ev görüşündə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası aktivinə daha 1 xal artırıb. 24,000 xala malik Ağdam klubu 63-cü yerə şərikdir. Təmsilçimiz xallarını “Monako”, “Molde” və Təl-Əviv “Makkabi”sinə çatdıraraq mövqeyi onlarla bölüşür.

Qeyd edək ki, cədvələ 128,000 xala malik “Mançester Siti” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026