• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Millimizin keçmiş futbolçusu zədələndi

İDMAN

12 Noyabr 2022 | 16:25

Millimizin keçmiş futbolçusu zədələndi

Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke 04"ün ikinci komandası da növbəti matçına çıxıb. Helzenkirhen təmsilçisi doğma meydanda “Alemanniya”la qarşılaşıb qolsuz heç-heçə edib – 0:0.

Rüfət də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ilk hissədə zədələndiyi üçün fasilədə əvəzlənib. Qeyd edək ki, “Şalke-2” 16 turdan sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026