• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İngiltərə millisinin baş məşqçisi istefaya göndərilməyəcək

İDMAN

11 Dekabr 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

İngiltərə millisinin baş məşqçisi istefaya göndərilməyəcək

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı: "Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər".

Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026