• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanlı idmançı karyerasını bitirdi

İDMAN

09 Yanvar 2023 | 15:15

Azərbaycanlı idmançı karyerasını bitirdi

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (78 kq) karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reporta müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bundan sonra idmana geri qayıtması mümkün görünmür.

Rəsullu Ukrayna əsilli cüdoçunun Bakıda olmadığını bildirib: "Avropa ölkələrindən birində qohumlarının yanında yaşayır. Sonuncu dəfə danışanda özü demişdi".

Baş katib "Kindzerskanın ev problemi həllini tapdımı" sualına isə bu cür cavab verib: "Bu sual düzgün ünvanlanmayıb (gülür). Kiməsə ev verilməsi bizim səlahiyyətimizdə olan məsələ deyil".

Qeyd edək ki, Rəşad Rəsullunun müsahibəsini yanvraın 10-da "Report"da oxuya bilərsiniz.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026