• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA Rusiyanın  xallarını sildi

İDMAN

08 Fevral 2023 | 13:07

UEFA Rusiyanın xallarını sildi

UEFA Rusiyanın klub reytinq xallarını silib.

Bakıvaxtı.az xəbər verir ki, adıçıkilən ölkə 18-ci yerdən 23-cü pilləyə yuvarlanıb.

Klubların avrokuboklardakı çıxışlarının nəticələrinə əsasən 5 mövsümlük (2018/2019 - 2022/2023) əmsallar cədvəlindəki dəyişikliyə Rusiya klublarının qitəmiqyaslı yarışlardan kənarlaşdırılmasına baxmayaraq, UEFA İcraiyyə Komitəsinin cari mövsümün əvvəlində ölkənin aktivinə 4,333 xal əlavə etməsi, daha sonra isə onları silməsi səbəb olub.

Həmin qərarın ləğvinə görə, xallarının ümumi sayı 21,882-yə düşən Rusiya 5 ölkəni özündən irəli buraxıb. Bunlar Xorvatiya, Yunanıstan, İsrail, Kipr və İsveçdir.

Qeyd edək ki, Azərbaycan 16,125 xalla UEFA reytinqində 29-cu pillədə qərarlaşıb. Cari mövsüm 3,500 xal toplayan Premyer Liqa klublarından yalnız “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026