• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avstriya - Azərbaycan oyununda anşlaq gözlənilir

İDMAN

09 Mart 2023 | 10:52

Avstriya - Azərbaycan oyununda anşlaq gözlənilir

Martın 24-də Linz şəhərində Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

Bakıvaxtı.az  "Skysportaustria" nəşrinə istinadən xəbər verir ki, ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb.

Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, "Raiffeisen Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Stadion 19 min azarkeş tutumuna malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026