• Bakı 10° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Qəbələ” “Zirə”ni məğlub etdi

İDMAN

07 Aprel 2023 | 20:14 | Müəllif: Subhan Mahmudov

“Qəbələ” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Qəbələ”nin heyətində Roman Maçada və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR