• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Zirə" böyük hesabla qalib gəldi

İDMAN

06 May 2023 | 19:57 | Müəllif: Subhan Mahmudov

"Zirə" böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə matçında “Şamaxı” komandası “Zirə”ni qəbul edib.

Görüş “Zirə” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Vladislav Kulaç, Hamidu Keyta və Rüstəm Əhmədzadə fərqləniblər.

Xallarının sayını 45-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmlədib. “Şamaxı” 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026