• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Benzema qolla vidalaşdı, “Real” ikinci oldu – VİDEO

İDMAN

05 Iyun 2023 | 00:28 | Müəllif: Subhan Mahmudov

Benzema qolla vidalaşdı, “Real” ikinci oldu – VİDEO

İspaniya La Liqasında sonuncu - 38-ci turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, “Real Madrid” “Atletik”i qonaq edib.

Matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı qonaq komandanın heyətində Oihan Sanset açsa da, 72-ci dəqiqədə Madrid klubunda son oyununu keçirən Kərim Benzema bərabərliyi təmin edib.

Digər qarşılaşmada “Atletiko” “Vilyarreal”ın qonağı olub. Bu matçda da qalib müəyyənləşməyib - 2:2. Meydan sahiblərinin heyətində Nikolas Cekson və Xorxe Paskual fərqləniblər. “Atletiko”un qollarını isə Anxel Korrea vurub.

Bu nəticələrdən sonra “Real Madrid” 78 xalla 2-ci olaraq gümüş medalları əldə edib, 1 xal az toplayan “Atletiko” 3-cü və bürünc medalçı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026