“Biz “Qarabağ”dan icazə aldıq ki, Musa Qurbanlı gəlsin bura və danışıq aparaq. Hazırda o, Stokholmdadır və müəyyən müzakirələr gedir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson deyib.
O, Azərbaycan yığmasının və “Qarabağ”ın forvardının Stokholm klubuna mümkün keçidindən danışıb: “Musa özü də buradakı şəraitlə tanış olmaq istədi, ab-havanı görmək istədi. Hər şey qaydasında olarsa, müqavilə imzalanacaq. Təbii ki, hələ ki, müqavilənin hansı müddətə olacağını deyə bilmərəm. Çünki bu müzakirələrdən asılı məsələdir”.
Paytaxt klubunun rəsmisi millimizin hücumçusunun İsveç çempionatından tramplin kimi istifadə edə biləcəyinə inandığını da gizlətməyib: “O, son mövsümdə əla nəticə göstərib. Qollar vurub və komandasının uğurlarında pay sahibi olub. Kifayət qədər potensiallı oyunçudur. Bizim klub həm komandanın, həm də gələn oyunçuların inkişafı üçün əlindən gələni edir. Düşünürəm ki, İsveç liqası və “Yurqorden” Musanın gələcək karyerasında böyük rol oynaya bilər. O, Avropanın tanınmış klublarında çıxış etmək şansı qazanmaq imkanına malikdir”. /Qafqazinfo










jpg-1691040264.webp)





