• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Komandalarımız Konfrans Liqasında cavab oyununa çıxırlar

İDMAN

03 Avqust 2023 | 10:33

Komandalarımız Konfrans Liqasında cavab oyununa çıxırlar

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə meydana “Sabah” çıxacaq.

Murad Musayevin baş məşqçisi olduğu komanda ilk dəfə belə oyunu qəbul edən “Bank Respublika Arena”da Latviya RFŞ-ni qəbul edəcək.

“Neftçi” və “Qəbələ”nin oyunları isə bir saat sonra eyni vaxtda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcəksə, “qırmızı-qaralar” Kiprdə “Omoniya”nın qonağı olacaq. Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunları 20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya) İlk oyun – 2:0. Baş hakim: Fedayi San (İsveçrə). “Bank Respublika Arena”. 21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) İlk oyun – 2:2. Baş hakim: Balaş Berke (Macarıstan). 8-ci km stadionu. 21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) İlk oyun – 3:2. Baş hakim: Adam Ladebek (İsveç). Nikosiya, “GSP Arena”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR