• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Millimiz FIFA reytinqində gerilədi

İDMAN

06 Aprel 2023 | 12:06

Millimiz FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

Bakıvaxtı.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. “Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026