• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi Səudiyyədən rəsmi təklif aldı

İDMAN

05 May 2023 | 00:39 | Müəllif: Subhan Mahmudov

Messi Səudiyyədən rəsmi təklif aldı

Fransanın PSJ futbol klubunun argentinalı futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan rəsmi təklif alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, PSJ futbol klubu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb. Sözügedən qərar futbolçunun Liqa 1-də "Loryen"lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə əlaqədardır. Həmin matçda parislilər 1:3 hesabı ilə məğlub olublar.

Messinin cari mövsümün sonunda PSJ ilə müqaviləni yeniləməyəcəyi barədə xəbərlər də yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026