• Bakı 25° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İngiltərə kubokunun qalibi bəlli oldu

İDMAN

03 Iyun 2023 | 20:25 | Müəllif: Subhan Mahmudov

İngiltərə kubokunun qalibi bəlli oldu

İngiltərə Kubokunun finalında "Mançester Siti" və "Mançester Yunayted" qarşılaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, oyun Londondakı "Uembli" stadionunda keçirilib. 

Ev sahibləri "Mançester Yunayted"i  2:1 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan 13-cü saniyədə hesabı açıb. Bu, FA Kubokunun finalındakı ən sürətli qoldur.

İkinci qolu isə 33-cü dəqiqədə penaltidən portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes vurub.

Kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanın qələbə qolunu 51-ci dəqiqədə İlkay Gündoğan vurub. 

Bununla da "Mançester Siti" 7-ci dəfə İngiltərə kubokunun qalibi olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR