• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sabiq kapitan futboldan ömürlük uzaqlaşdırıldı

İDMAN

08 Mart 2023 | 20:59 | Müəllif: Subhan Mahmudov

Sabiq kapitan futboldan ömürlük uzaqlaşdırıldı

Suriya yığmasının sabiq kapitanı Əhməd Əl-Salih hakimə hücum etdiyi üçün ömürlük futboldan uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Əl-Caiş" klubunun 33 yaşlı müdafiəçisi "Əl-Vatba" ilə matçda qırmızı vərəqə alıb. Bundan sonra Əl-Salih görüşün hakiminə hücum edərək, onun üzərinə üpürüb. Meydanı tərk etdikdən sonra Əl-Salih müxtəlif əşyalara təpik vuraraq narazılığını ifadə etməyə davam edib.

O, eyni zamanda 1,5 milyon Suriya funtu (təxminən 600 dollar), klubu isə 3 milyon cərimə olunub.

"Əl-Vətba" Suriya çempionatında 10 oyundan sonra 20 xalla 1-ci, "Əl-Ceyş" 19 xalla 3-cü yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026