• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Barselona”nın prezidenti Messinin atası ilə görüşdü

İDMAN

09 Mart 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

“Barselona”nın prezidenti Messinin atası ilə görüşdü

"Barselona"nın prezidenti Xuan Laporta PSJ-nin futbolçusu Lionel Messinin atası Xorxe Messi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, klub rəhbəri "Mundo Deportivo"ya bu barədə açıqlamasında deyib:

"Leonun atası ilə görüşdük. Onu DÇ-2022-dəki qələbə münasibətilə təbrik etdim. Messiyə hörmət edirəm. Bu səbəbdən onun "Barselona"ya qayıdıb-qayıtmayacağı haqda  danışmaq istəmirəm".

Qeyd edək ki, argentinalı hücumçu 2005-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. 35 yaşlı futbolçunun PSJ-nin yeni müqavilə təklifini qəbul etmədiyi haqda xəbərlər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026