• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən"

İDMAN

09 Mart 2023 | 09:56

"Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən"

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsini ikinci pillədə bitirməyə layiq idi. Onlara qalib gələ bilirsənsə, fəxr etməlisən".

Bakıvaxtı.az  xəbər verir ki, bunu "Gent"in baş məşqçisi Heyn Vanhazebruk Belçikada Türkiyənin "Başakşehir" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis "köhlən atların" qrupdakı sonuncu matçda Almaniyanın "Frayburq" komandası ilə heç-heçə (1:1) etdiyini xatırladıb.

Vanhazebruk 1/4 finala vəsiqə qazana biləcəklərini söyləyib: "Başakşehir" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər. Amma "Qarabağ"ı da gözardı etməməliyik. UEFA Çempionlar Liqasının ilkin mərhələlərində üç ölkənin çempionunu mübarizədən kənarlaşdırmışdılar".

Qeyd edək ki, bu gün keçiriləcək "Gent" - "Başakşehir" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026