• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qəbələ” qış fasiləsində ilk transferini rəsmiləşdirdi

İDMAN

06 Fevral 2023 | 16:51

“Qəbələ” qış fasiləsində ilk transferini rəsmiləşdirdi

“Qəbələ” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıblar.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Qeyd edək ki, Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026