“Neftçi”nin futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.
Paytaxt təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.
21 yaşlı oyunçu bu ilin sonunadək adıçəkilən komandaya icarəyə verilib.
Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olan Ramin Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür.
















