• Bakı 14° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Potter "Çelsi"nin tarixinə düşdü

İDMAN

08 Mart 2023 | 09:29

Potter "Çelsi"nin tarixinə düşdü

Qrem Potter İngiltərənin "Çelsi" komandasının tarixinə düşüb.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, o, London klubunun sükanı arxasında UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingiltərəli baş məşqçi olub.

48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. "Zadəganlar" Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.

Qeyd edək ki, "Çelsi" 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda Almaniya "Bavariya"sına uduzaraq, mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026