• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Alveş həbsxanada imtiyazlar əldə edib

İDMAN

07 Fevral 2023 | 00:43 | Müəllif: Subhan Mahmudov

Alveş həbsxanada imtiyazlar əldə edib

Zorlamada ittiham olunan Dani Alveş həbsxanada imtiyazlı şəraitdə yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, futbolçunun saxlanıldığı “Brians 2” həbsxanasına gələnlərdən biri onunla digər məhbuslarla eyni rəftar edildiyi barədə məlumatı təkzib edib.

“Səfər zamanı eşitdiklərimə əsasən, Dani Alveşi dörd əməkdaş qoruyur və xidmət göstərir. O, ayrı saxlanılır. Onun digər məhbuslarla ünsiyyətdə olub-olmadığını söyləmək mümkün deyil, amma bu dəqiqə onun qalanlarından təcrid olunduğunu bilirəm, çünki bu, xüsusi haldır. Axı o, dünya şöhrətli idmançıdır”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, Alveşin ayrı saxlanılması digər məhbuslarla problemim olmaması üçün edilib. Belə ki, həbsxanada kiməsə daha yaxşı münasibət göstərilsə, digərləri bunu dərhal hiss edəcəklər.

Xatırladaq ki, “Barselona”, PSJ və “Yuventus”un sabiq müdafiəçisi gecə klubunun tualetində qadına təcavüz etməkdə şübhəli bilinərək zaminə buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər cəza gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026